AZ

Niyə kişilər qadınlardan daha tez ölürlər?

Alimlər bu yaxınlarda müəyyən ediblər ki, kişilər xanımlardan daha tez ölür.

Hətta avtomobil qəzalarına daha çox məruz qalır, qadınlar isə daha çox narahatlıq və depressiyadan əziyyət çəkirlər.

“Cebhe.info”-nun Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən məlumatına görə, kişilər orta hesabla 69, qadınlar isə 74 yaşa qədər yaşayırlar. Ancaq elm adamları cinsiyyətin sağlamlığımıza və gözlənilən ömrümüzə necə təsir etdiyini kəşf ediblər.

“The Lancet”-də dərc olunan yeni araşdırma kişilərin daha çox sağlamlıq problemlərindən əziyyət çəkdiyini və vaxtından əvvəl ölümə səbəb olan xəstəliklərə tutulma riskinin daha yüksək olduğunu, lakin qadınların sonrakı həyatlarında həyat keyfiyyətini aşağı salan xəstəliklərdən əziyyət çəkmə ehtimalının daha yüksək olduğunu göstərib.

Qadınlar daha çox bel ağrısı, baş ağrıları və gündəlik həyatlarına təsir edən depressiv pozğunluqlardan əziyyət çəkirlər. Kişilər isə daha çox ürək problemlərindən əziyyət çəkirlər və ya avtomobil qəzalarına düşürlər.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, qadınlar və kişilər arasında nəzərəçarpacaq dərəcədə sağlamlıq fərqləri gender və yaşa bağlı dəlillərə əsaslanan siyasətlərə təcili ehtiyac olduğunu göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
Mənbələr
Şərh ()
Bağla