AZ

"Qəbələ”nin legionerləri: 5-i gedir, 5-i ilə dil tapmaq lazımdır - SİYAHI

“Qəbələ”nin işi Allaha qalıb.

Komandanın cari mövsümü sonuncu pillədə başa vuracağı rəsmi təsdiqini tapıb.

Klubda çalışanlar bilmir sürpriz hadisənin dərdini çəksin, yoxsa gələn mövsümə problemsiz başlamağın planlarını qursun.

Hazırda “Qəbələ”nin heyətində yer alan futbolçuların bəzilərinin müqaviləsinin müddəti mayın sonuna qədər olsa da, bir neçəsinin sözləşməsi 2025 və 2026-cı illərə qədərdir.

Yaydan bu yana komandada olan 12 əcnəbidən 2-si yola salınıb. Gilad Abramov və Feras Abu Akal müəyyən şərtlər qarşılığında İsrailə qayıdıblar.

Yerdə qalan 10 nəfərdən 5-nin anlaşması bu ayın sonuna qədərdir. Bunlar Əyyub Allaş, Ahmed Ayzaya, Lukas Afriko, Yaovi Akakpo və Osama Xalayladır. Onlarla sağollaşmaq çətinlik yaratmayacaq.

Bilel Auaşeriya, Zurab Oçiqava, Samuel Tetteh və Kristof Atanqana ilə müqavilənin müddəti 2025-ci ilin yayında başa çatacaq. Bu ilin yanvarında komandaya cəlb olunan Klesio Bauk şərtlərə əsasən 2026-cı ilin yayına qədər “Qəbələ”yə məxsusdur.

Yerlilərin arasında da bölgə təmsilçisi ilə müqaviləsi davam edənlər var. Ürfan Abbasov, Ülvi İsgəndərov, Murad Musayev, İlkin Qırtımovun sözləşmələrinin müddəti növbəti mövsümün sonunda başa çatacaq.

Azərbaycanlılarla hansısa mənada dil tapmaq olar. Yəqin ki, aralarında az maaşa Birinci Liqada top qovmağa razılaşanlar olacaq.

Özləri bataqlığa saldıqları komandanı oradan çıxarmaq üçün. Təbii ki, bu, daha çox “Qəbələ”də yetişən, məhz burada məşhurlaşanlara və qazananlara aiddir.

Ən böyük dərd müqaviləsi davam edən 5 legionerlə bağlıdır. Onları yola gətirmək mütləqdir.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla