AZ

“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq

İspaniya La Liqasının 34-cü turunun mərkəzi ev oyununda “Barselona” üzərində qələbə (4:2) “Jirona” üçün ikiqat əlamətdar olub.

Arena.az məlumat verir ki, Kataloniya derbisində əzmkar qələbəsi sayəsində bu komanda növbəti, 2024/2025-ci illər mövsümündə UEFA Çempionlar Liqasında iştirakını rəsmiləşdirib.

Beləliklə, La Liqanın qarşıdakı 4 turu ərzində oyunlarında hansı nəticələrə nail olacağına rəğmən, “Jirona” La Liqanın yarış cədvəlində 4-cü pillədən aşağıya enməyəcək ki, bu da Çempionlar Liqasına vəsiqə verən yerdir. Amma “Jirona”nın La Liqanın gümüş medalları uğrunda mübarizə aparacağı şəksizdir.

Xatırladaq ki, bu əzmkar qələbə Kataloniya derbisində “Jirona”nın cari mövsüm La Liqa çərçivəsində “Barselona” üzərində ikinci qələbəsidir. 1-ci dövrədə səfərdə “Barselona”nın qonağı olmuş bu komanda “blauqrana”nı eyni hesabla məğlub etmişdi – 4:2.

Odun üstünə yağ tökən digər məqam isə “Real”ın evdə “Kadis”i 3:0 hesabı ilə məğlub etməsi mənzərəsində “Barselona”nın səfərdə “Jirona”ya məğlubiyyətinin, “kral klub”unun çempionluğunu rəsmiləşdirməsidir ki, bunu da “Barselona” tərfdarı həzm edə bilmir. İndi qocaman “Barselona” tərəfdarı ilə “Jirona” tərəfdarı “qanlı bıçaq” olublar və La Liqada daha bir qatı rəqabətin təməli qoyulub.

34 oyundan 87 xalla çempion “Real” La Liqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Jirona” 74 xalla 2-ci, “Barselona” isə 73 xalla 3-cü pillədə yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla