AZ

Messi şou göstərdi və iki rekord birdən qırdı

Dünən ABŞ çempionatının 11-ci turunda lider ''İnter Mayami'' doğma meydanda ''Nyu York Red Bulls'' ilə qarşılaşdı.

“Football-plus.az” xəbər verir ki, ''İnter Mayami'' fasiləyə 0:1 geridə yollansa da, ikinci hissədə Lionel Messinin möhtəşəm performansı sayəsində coşaraq 6:2 hesablı inamlı qələbə qazandı. Argentinalı superulduz 1 dəfə özü fərqlənərək və aktivinə 5 məhsuldar ötürmə yazaraq 6 qolun hamısında yaxından iştirak etdi. Bir oyunda 5 məhsuldar ötürmə və 6 qolun vurulmasında yaxından iştirak etmək MLS tarixinin yeni rekordlarıdı! Buna qədər bu turnirdə 7 fərqli futbolçu bir matçda 5 qolun vurulmasında yaxından iştirak etmişdi. Qeyd edək ki, Leo həm də öz karyerasında bir ilkə imza atdı. Çünki buna qədər o heç vaxt bir oyuna 5 məhsuldar ötürmə verməmişdi. Messi ilə yanaşı het-trik edən Luis Suares də qarşılaşmanın qəhrəmanlarından oldu. 36 yaşlı Messi hazırda 10 qolla Suareslə birlikdə MLS-də bombardirlər yarışına başçılıq edir. Məhsuldar ötürmələrin sayında (9) isə o vahid liderdi. Ardıcıl 4-cü qələbəsini qazanan və 12 oyundan sonra xalını 24-ə yüksəldən ''İnter Mayami'' liderliyini davam etdirir.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
football-plus.az

1Mənbələr

Şərh ()
Bağla