AZ

Netanyahu: İsrail girovların azad edilməsi müqabilində Qəzzada atəşkəsi təmin etməyə hazırdır » AzadMedia.az


İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkə girovların azad edilməsi müqabilində Qəzzada müvəqqəti atəşkəsi təmin etməyə hazırdır. Bu barədə TASS yazır.
Eyni zamanda, dövlət başçısı qeyd edib ki, İsrail müharibənin əvvəllər bəyan etdiyi bütün məqsədlərinə çatmaqdan vaz keçməyəcək.
Netanyahu izah edib ki, ölkə Fələstin HƏMAS hərəkatının batalyonlarının Qəzza zolağına nəzarəti yenidən ələ keçirəcəyi vəziyyəti qəbul etmir.
Onun sözlərinə görə, hərəkat nümayəndələri qəbuledilməz tələblər irəli sürür və atəşkəs razılaşmasına mane olurlar.
Xatırladaq ki, Yaxın Şərqdə münaqişə 2023-cü il oktyabrın 7-də başlayıb. Həmas yaraqlıları İsrailin əsas nöqtələrinə hücum edib, yüzlərlə insanı girov götürüb və hərbi bazalara hücum ediblər.
Buna cavab olaraq İDF anklavın hərbi və mülki infrastrukturuna hücum edib və bir müddət sonra Qəzzanın şimalında əməliyyata başlayıb. Müharibə zamanı tərəflər xeyli itki verdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla