AZ

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasdan XƏBƏR VAR

Ukraynada gedən döyüşlərdə yaralanan azərbaycanlı hüquqşünas Elman Paşayev bildirib ki, tezliklə Şimal Hərbi Dairəsinə, həmkarlarının yanına qayıtmaq istəyir. Ancaq həkimlər ona hələlik ciddi yataq rejimi təyin ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə SHOT Telegram kanalı yazıb.

Mənbə qeyd edir ki, Moskva şəhərində yaşayan keçmiş vəkil Uqledar yaxınlığında yaralandıqdan sonra paytaxt xəstəxanalarından birində müalicə alır. Qohumları artıq onu ziyarət ediblər.

O, yaxınlarına sağaldıqdan sonra cəbhəyə qayıtmağı planlaşdırdığını deyib.
Paşayevin səhhəti hələlik ürəkaçan deyil, az danışır və demək olar ki, daim uzanır. Həkimlər də heç bir proqnoz vermirlər və sağalmanın uzun sürəcəyini iddia edirlər.

Xatırladaq ki, Paşayev Uqledar yaxınlığında həmkarı ilə birlikdə Ukraynaya məxsus pilotsuz uçan aparatının hücumuna məruz qalaraq yaralanıb. Partlayışdan sonra keçmiş vəkil partlayış dalğası ilə geri atılıb və belindən xəsarət alıb.

İndi o, bel və ayağından zədələndiyi üçün yeriyə bilmir.





Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla