Yazını böyüt
Yazını kiçilt
“Qarabağ” müdafiəçisi Bəhlul Mustafazadə və hücumçusu Nəriman Axundzadə ilə yeni müqavilə imzalayıb.
Hafta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı Bəhlul Mustafazadə ilə anlaşma 3 il müddətinə uzadılıb. Nərimanla isə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, B.Mustafazadə 2021-ci ildən Ağdam təmsilçisində oynayır. N.Axundzadə isə "Qarabağ"ın yetirməsidir.