AZ

"Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər" - Badri Naçkebiya

“Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər. Nəticədə burada öz istədikləri kimi hərəkət etmək üçün”.

Bu sözləri “Report”a açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, politoloq Badri Naçkebiya deyib.

Onun sözlərinə görə, ABŞ Tbilisidəki səfirliyinin xətti ilə Gürcüstana güclü təzyiq göstərir:

“Onlar yaydığı bəyanatlarla hökuməti yox, müxalifəti dəstəklədiklərini açıq aşkar nümayiş etdirirlər. Gürcüstan isə bütün təzyiqlərə baxmayaraq, milli maraqlarını qoruyacaq. Bu qanun layihəsi qəbul ediləcək”.

Politoloq deyib ki, Qərb və ABŞ Gürcüstanın Avropa İttifaqına namizəd statusu almasından istifadə etməyə çalışır.

“Onlar bizi bununla qorxudurlar, amma onlara demək lazımdır ki, Gürcüstan hər zaman Qərbin bütün layihələrində iştirak edib. İstər Əfqanıstanda, istər İraqda aparılan əməliyyatlarda tərəfdaşlarının yanında olub. İndi isə görürük ki, Qərb və ABŞ Gürcüstanı poliqona çevirmək niyyətindədir. Ukraynadan sonra onlar bizi məhv etmək istəyirlər. Rusiyaya qarşı ikinci cəbhəni buradan açmaq üçün bütün addımlar atılır. Gürcüstan isə bu addımı atmayacaq və poliqon olmayacaq

Düşünürəm ki, Qafqazda strateji alyansın olması tək Gürcüstana yox, həm də regiona xeyir edəcək. Çünki, 2008-ci ildə Rusiya Gürcüstanın torpaqları işğal edəndə, bizə guya dəstək olan, dırnaqarası dost olan Qərb heç nə etmədi. Rusiyaya qarşı nəyinki ordu yeritmək, heç xırda sanksiya belə tətbiq etmədi. ABŞ da heç nə olmamış kimi özünü apardı, Fransa isə öz maraqları çərçivəsində addımlar atdı və Gürcüstanı tək qoydu. Ona görə də nə Qərbə, nə də ABŞ-a güvənmək olmaz”.

Badri Naçkebiya əlavə edib ki, regional əməkdaşlıq Gürcüstanın mövqelərini möhkəmlədəcək:

“Gürcüstanın Azərbaycanla daha da sıx əməkdaşlığı regionu inkişaf etdirəcək. Bu inkişafa Ermənistan qoşulsa, region daha da möhkəmlənəcək. Amma Ermənistanın qoşulması üçün mütləq ilk olaraq Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki, kollektiv şəkildə həm müstəqilliyi, həm adət-ənənələri, həm də suverenliyi qoruyub saxlamaq rahatdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
1
Mənbələr
Şərh ()
Bağla