AZ

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam edir - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, YAP Yasamal Rayon Təşkilatı və  Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Ekologiya.az-ın xəbərinə görə, aksiya zamanı sözügedən qurumların rəsmilərinin, əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 700-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib. 
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla