AZ

Orxandan ilk dəfə klassik musiqi və rep

Reper Orxan Zeynallının “Buz uşağı” adlı konserti baş tutub.

OLAY yazır ki, Bakı İdman Sarayında keçirilən gecə anşlaqla keçib. Sənətçi 5000-ə yaxın insan qarşısında çıxış edib.

Konsertdə Orxan Opera və Balet Teatrının Kamera orkestri ilə birgə səhnəyə çıxıb. Reperi gənc ifaçı Nərgiz Məcidli müşayiət edib.

Zeynallı OLAY-a açıqlamasında ötən ilki konsertində də ilkə imza atdığını söyləyib:

“Mən keçən il uzun illərdən sonra Bakıya gələndə konsertlərimdə elə bir şey yaşandı ki, o da Azərbaycanda bir ilk idi. Bir günə 3000 bilet satmaq, iki gün ard-arda böyük konsertlər etmək. Düşündüm ki, dinləyicilərin bu cür rəğbəti, sevgisi qarşısında mən də özəl bir şey təklif etməliyəm. Normalda, təəssüf ki, bizdə çox adam konsertləri fonoqramla yola verir. İstədik göstərək ki, dinləyici öz sevdiyi ifaçıya özəl münasibət göstərirsə, bu qarşılıqlı olmalıdır. 6-7 ildir ağlımda var idi ki, bir gün edərəm”.

Qeyd edək ki, gecədə müğənnilər Aisel, Çinarə Məlikzadə, Tomris, Aynişan Quliyeva, reper Uran da sənətçiylə birgə səhnə alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla