AZ

Tramp Bayden administrasiyasını “Gestapo” adlandırdı

Tramp özəl tədbirdə Bayden administrasiyasını Gestapo ilə müqayisə edib.

 

Oxu24.com  xəbər  verir  ki,Bu barədə NBC telekanalı məlumat yayıb.

 

Ona qarşı aparılan məhkəmə prosesləri barədə danışarkən, o, "bu adamların Gestapo administrasiyasını idarə etdiyini" bildirib.

 

Keçmiş prezident həmçinin Baydeni ölkə tarixinin ən korrupsiyalaşmış prezidenti adlandırıb.

 

Bundan əvvəl Donald Tramp Viskonsin ştatında tərəfdarları qarşısında çıxış edərək, Co Bayden administrasiyasının qeyri-qanuni miqrantların otellərdə yerləşdirilməsi üçün milyardlarla dollar xərclədiyini, lakin Amerika ordusunu vecinə almadığını bildirib.

 

Bundan əlavə, Tramp bəyan edib ki, hazırkı dövlət başçısı ölkədə Fələstin tərəfdarı olan kütləvi etirazlarla vəziyyəti həll etmək iqtidarında deyil. O, Kolumbiya Universitetindəki etirazlarla bağlı Baydeni tənqid edib.

 

Bundan əvvəl Tramp Rusiya və Ukraynanı necə barışdıracağını anlayıb.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
25
Mənbələr
Şərh ()
Bağla