AZ

Meymunlar yaralarını dərman bitkiləri ilə sağaldır- ARAŞDIRMA

Yeni bir araşdırma göstərir ki, primatlar dərman bitkilərindən istifadə edərək yaraları sağalda bilirlər.

“Cebhe.info” “Scientific Reports” jurnalında dərc olunan məqaləyə istinadən bildirir ki, Sumatra oranqutanı iltihab əleyhinə və ağrı kəsici xüsusiyyətlərə malik dırmaşan bitki ilə üz yarasını müalicə edib.

Müşahidəçilər tərəfindən Rakus adlandırılan oranqutan Akar Kuning (Fibraurea tinctoria) adlı bitkinin yarpaqlarını qoparıb və onları çeynəməyə başlayıb.

Rakus daha sonra yaranan şirəni bir neçə dəqiqə ərzində bir neçə dəfə üzündəki yaraya sürtdü, bundan sonra çeynənmiş yarpaqlardan ibarət töküntü ilə yaranı tamamilə örtdü.

Alimlər qeyd ediblər ki, bu, primatın məlum təbii dərman maddəsini yaraya tətbiq etməsi ilə bağlı ilk sənədləşdirilmiş hadisədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
1
Mənbələr
Şərh ()
Bağla