AZ

TƏBİB üçün region xəstəxanalarının inkişafı prioritetdir

TƏBİB ölkəmizdə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, xidmət əlçatanlığının təmin edilməsi, tibb müəssisələrinin fəaliyyətinin modernləşdirilməsi və optimallaşdırılması istiqamətində intensiv işlər görür.

 

Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində ötən ilin oktyabrında fəaliyyətə başlayan İnvaziv kardiologiya və Ürək cərrahiyyəsi şöbələrinə müraciət edən vətəndaşların sayı artıb.

 

Fəaliyyətə başladığı gündən indiyədək xəstəxananın İnvaziv kardiologiya şöbəsinə 670-dən çox pasiyent qəbul olunub.

 

Onlardan 300 nəfərə PTCA icra edilib, həmçinin stent implantasiyası həyata keçirilib. 200-dən çox xəstə kəskin miokard infarktı, kardiogen şok vəziyyətində ölkənin müxtəlif bölgələrindən TTY vasitəsilə təxliyə olunub və əməliyyat edilib.

 

Tibb müəssisəsinin Ürək cərrahiyyəsi şöbəsinə isə bu dövr ərzində ümumilikdə 19 pasiyentin stasionar qəbulu həyata keçirilib. Həmin xəstələrə aorta koronar şuntlama əməliyyatı icra olunub.

 

Qeyd edək ki, 2023-cü ilin oktyabrın 19-da açılışı olan Ürək Mərkəzində xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla