AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 240 Bakı şəhəri 2 may 2024-cü il

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli  359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 mart tarixli 14 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1810 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. “15” rəqəmləri “14” rəqəmləri ilə əvəz edilsin.

2. “Kollegiyanın üzvləri” bölməsinin onuncu abzasının sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və on birinci abzas ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla