AZ

İtaliya klubunun gürcü ulduzu “Rusiya qanunu”na qarşı Gürcüstandakı etirazları dəstəklədi...

Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Gürcüstan milli komandasının yarımmüdafiəçisi və İtaliyanın “Napoli” klubunun ulduzu Xviça Kvaratsxeliya xarici agentlər haqqında qanuna görə ölkədə bir aya yaxındır davam edən Avropayönlü etirazlardan danışıb.

Hafta.az-ın “Newsgeorgia” (“Gürcüstan xəbərləri”) nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, fu tbolçu Gürcüstanın Avropanın bir hissəsi olmağa layiq olduğunu deyib və buna qarşı çıxan hər şeyə qarşı çıxıb.

“Mən həmişə Gürcüstanımın olduğu yerdə dayanmışam və duracağam! Bu gün ölkəmdə baş verənlərdən çox narahatam, bütün bunlara baxmaq mənim üçün çətindir.

Mən öz mövqeyimi açıq şəkildə bildirmək və demək istəyirəm ki, biz Avropanın bir hissəsi olmağa layiqik və buna heç nə mane olmamalıdır. Mən hamımızın bir və xoşbəxt olmağımızı istəyirəm! Heç kimin sözlərimdən öz xeyrinə istifadə etməsini istəmirəm, xüsusən də hər addımımı tənqid edən, mənə istehza ilə baxan insanlar! Mən hər bir gürcüsünü sevirəm, Gürcüstanımı sevirəm və bütün fəaliyyətim, nailiyyətlərim ölkəm, onun uğurları və Avropanın gələcəyi üçündür və ömrümün sonuna qədər də belə olacaq.

Təəssüf edirəm ki, bu gün insanın vətənpərvərliyini əməldən çox sözlər ölçür.

Bizə qarşı çıxan hər şeyə yox! Gürcüstanın tərəqqisinə və qələbəsinə bəli! Mən Sakartveloyam”, - Kvaratsxeliya “Facebook” səhifəsində belə yazıb.

Bundan əvvəl milli komandanın digər üzvləri də birmənalı və aydın şəkildə Gürcüstanda etirazçılara dəstək veriblər: Bud Zivzivadze, Giorgi Çakvetadze, Giorgi Kvilitaiya, Giorgi Koçoraşvili, Anzor Mekvabişvili, Saba Lobjanidze, Gela Aprasidze, Jaba Kankava.

Komanda Avro-2024-ə vəsiqə qazandıqdan sonra vətənlərində mütləq ulduza çevrilən idmançılar dinc nümayişçilərə qarşı zorakılığı pisləyiblər. Bəziləri açıq şəkildə hakimiyyəti “Rusiya qanunu”nu geri götürməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
hafta.az

1Mənbələr

Şərh ()
Bağla