AZ

ABŞ Haitidə cinayətlə mübarizə üçün 60 milyon dollar dəyərində silah göndərəcək

Bakı. Trend:

ABŞ prezidenti Co Baydenin administrasiyası Haitidəcinayətkarlıqla mübarizə üçün 60 milyon dollar dəyərində silahgöndərəcək.

Trend-inməlumatına görə, bu barədə "Politico" qəzeti əlində olan sənədəistinadla bildirib.

Bildirilib ki, hərbi yardım paketinə əsasən atıcı silahlar,eləcə də bəzi zirehli texnika növləri, xüsusən "80 Humvee" zirehliavtomobili və 35 "MaxxPro" zirehli maşını daxildir.

Bundan əlavə, ABŞ iğtişaşlara nəzarət üçün vəsait, döyüş sursatıvə kəşfiyyət pilotsuz uçuş aparatları ayıracaq. Hərbi yardım Haitipolisinə, o cümlədən Haitidə Təhlükəsizliyə Dəstək ÇoxmillətliMissiyasında iştirak edən ölkələrə, xüsusən də Keniya, Yamayka vəBahamaya veriləcək.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
Mənbələr
Şərh ()
Bağla