AZ

Rusiya Ukraynanı küncə sıxışdırdı, etiraflar ard-arda gəldi- Rusiyanı məğlub edə bilməyəcəyik, Putinlə görüşməliyik...

Image

Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci ildə Rusiyanın Ukraynanın dörd bölgəsini rəsmən ilhaq etməsindən sonra verdiyi fərmanla iki illik müharibə boyu Kremllə danışıqları dəfələrlə rədd edib və danışıqları “mümkünsüz” adlandırıb.

Ancaq Kiyevin ali hərbi komandirlərindən olan Vadim Skibitski etiraf edib ki, Ukrayna döyüş meydanında Rusiyanı məğlub edə bilməz və Vladimir Putinlə danışıqlara başlamalı olacaq.

Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin direktor müavini, general-mayor Vadim Skibitski “Economist” jurnalına bildirib ki, hər bir müharibədə olduğu kimi, danışıqlar sonda zəruri olacaq.

Skibitski həmçinin, Rusiyanın şərq cəbhəsində daha bir kiçik kəndi ələ keçirməsindən sonra yardım gəlməsini gözləyən Ukraynanın uçurumun kənarında olduğunu etiraf edib.

"Ukraynanın təkbaşına döyüş meydanında müharibəni udması mümkün deyil. Rus qüvvələrini sərhədlərə geri çəkə bilsək belə, müharibənin bitməsi ehtimalı getdikcə uzaqlaşır. Bu cür müharibələr ancaq razılaşmalarla bitə bilər” – deyə General Skibitski bildirib

Hazırda hər iki tərəf mümkün danışıqlardan əvvəl “daha əlverişli mövqe” əldə etməyə çalışır. Bununla belə, danışıqların ən tezi 2025-ci ilin ikinci yarısında başlaya biləcəyi təxmin edilir.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
Mənbələr
Şərh ()
Bağla