AZ

Tbilisidə ÖNƏMLİ TOPLANTI: Azərbaycan bu mövqeyinə görə...

Asiya İnkişaf Bankının Tbilisidə keçirilən 57-ci illik toplantısında Asiya və Avropa arasında nəqliyyat kommunikasiya əməkdaşlığı və Orta Dəhliz layihəsi barədə müzakirələr aparılıb. Müzakirələrə Azərbaycan tərəfindən dəvət edilmişdim. Bu da təsadüfi deyil. Ona görə ki, Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir. Şübhəsiz ki, ölkəmizin xüsusi coğrafi geosiyasi mövqeyi hamı tərəfindən yaxşı bilinir və belə olduqda Azərbaycanın da bu müzakirələrdə iştirak etməsi təsadüfi deyil.

Publika.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Tbilisi şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 57-ci İllik Toplantısında iştirak edən Azərbaycanın maliyyə naziri, bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov söyləyib.

O qeyd edib ki, müzakirələr zamanı Azərbaycanın son illər ərzində keçirdiyi məqsədyönlü tədbirlərdən danışılıb, müvafiq məlumatlar verilib. Orta Dəhliz, eyni zamanda, Cənubi Qafqazdan Avropaya elektrik enerjisinin verilməsi məsələlərinə də toxunulub.

“Azərbaycan bu proseslərin ən fəal iştirakçılarından biridir. Qara dəniz sualtı elektrik kabelinin quraşdırılması layihəsi barədə müzakirələr aparıldı və həmin layihələrə müvafiq maliyyə dəstəyi məsələlərinə də toxunuldu.

Azərbaycanın hazırda ənənəvi enerji mənbələrindən istifadə etməklə diversifikasiya meyilləri, bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisinin generasiya edilməsi layihələri böyük maraq doğurur. O cümlədən Azərbaycan Xəzər dənizinin külək enerjisi potensialından istifadə edərək elektrik enerjisinin Avropa bazarlarına çıxarılmasında maraqlı tərəf kimi öz mövqeyini möhkəmləndirir və bu istiqamətdə müvafiq tədbirlərin keçirilməsini təmin edir”, - deyə, S.Şərifov vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
2
Mənbələr
Şərh ()
Bağla