AZ

La Liqa: “Real” 36-cı dəfə İspaniya çempionu oldu! - Video

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 34-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Real Sosyedad” doğma meydanda “Las Palmas”a qalib gəlib. “Malyorka” evdə Madrid “Atletiko”suna uduzub.

Lider “Real” bu gün “Kadis”ə 3:0 hesabı ilə qalib gəlib və xalını 87-yə çatdırıb. Madrid təmsilçisinin ən yaxın izləyicisi və əzəli rəqibi “Barselona” isə “Jirona”ya məğlub olub. Kataloniya derbisində 6 qol qeydə alınıb. Məhz bu görüşdən sonra “Real” çempionluğu rəsmiləşdirib. Karlo Ançelottinin baş məşqçisi olduğu komanda turnirin başa çatmasına 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub. Beləliklə, “Real” tarixində 36-cı dəfə İspaniya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, “Jirona” qələbə ilə turnir cədvəlində 74 xalla 2-ci pilləyə yüksəlib. “Barselona” isə 73 xalla 3-cü pilləyə enib.

35-ci turun qalan oyunları bazar gününə təsadüf edəcək.

İspaniya, La Liqa
34-cü tur
3 may

Xetafe – Atletik 0:2
Qollar: İ.Uilyams, 27; 51.

4 may

Real Sosyedad – Las Palmas 2:0
Qollar: A.Suares, 33-öz qapısına. Bekker, 45+1.

Real – Kadis 3:0
Qollar: B.Dias, 51. Bellingem, 68. Xoselu, 90+3.

Jirona – Barselona 4:2
Qollar: Dovbik, 4. Portu, 65; 74. Qutyerres, 67 – Kristensen, 3. Levandovski, 45+1.

Malyorka – Atletiko 0:1
Qol: Rikelme, 5.

5 may

16:00. Osasuna – Betis
18:15. Selta – Vilyarreal
20:30. Valensiya – Alaves
23:00. Rayo Valyekano – Almeriya
23:00. Sevilya – Qranada

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
3
Mənbələr
Şərh ()
Bağla