AZ

80-90-cı illərdə doğulanların tamamilə fərqli bir nəsil olduğunu göstərən faktlar

Onlar 1980-ci ildə doğulanlarla başlayan və 1990-cı illərin ortalarında doğulanlara qədər davam edən möhtəşəm nəsildir. Elə bir zamanla qarşılaşıblar ki, bu bəzən üstünlük, bəzən məyusluq demək idi.


Sfera.az sizə 80-90-cı illərdə doğulanların tamamilə fərqli bir nəsil olduğunu göstərən faktları təqdim edir. 

 

Əvvəla, onlar yeni əsri yeniyetmə və gənc qarşılamaq şansı olan nadir nəsildirlər!

 

2000-ci ilə girəndə bəziləri uşaq, bəziləri gənc idilər.

 

Bu  o qədər də kiçik bir şey kimi gəlməsin sizə. Təkcə əsri deyil, min illik yeni dövrü, yəni iki min illik dövrü gənc kimi qarşılayan yeganə qrupdurlar.


Cizgi filmlərinə baxmaq üçün bazar gününü gözləyən, boruda isidilmiş su ilə vanna qəbul edən, indiki insanların baxmayacağı müxtəlif oyuncaqları olan.
Ən maraqlısı isə hələ də qocalmayıblar. Bu dövrün gəncləri 31-44 yaş aralığındadır...

 

Hazırda həyatlarının ən yaxşı çağındadırlar. Onların hər ikisi yeniyetməlikdən çıxıb və hələ də həyatlarının ən qızğın çağındadırlar.

 

Cib telefonlarının həyatımızı necə zəbt etdiyinə anbaan şahidi olmuş gözəl nəsildir.


Bir dəqiqəlik söhbəti iyirmi-otuz qəpik dəyərində olan, antenalı o kobud telefonları qulaqlarından götürüb əlinə alan, mesajlaşmaq üçün kontura pullar tökən məhz bu illərdə doğulmuş insanlardır.

 

Ev tapşırıqlarını həm ensiklopediya, həm də internetlə araşdıraraq, onları mənimsəməyi bacaran və hər ikisini yaşamış nəsildir.


Buna görə də onlar məlumat əldə etməyin nə qədər asan olduğunu yüksək qiymətləndirirlər. Qonşu-qonşu gəzib ensiklopediya axtarardıq. 


Uşaqlıqdan müharibənin ən ağrılı dövrlərini görmüş, bu günlərdə baş verənləri gənc şüurları ilə dəyərləndirə bilən nəsildir.


Buna görə də onlar düzgün qərar vermək üçün illüziyalara, boşboğazlığa qapılmayan, gündəmi ört-basdır etməyən sağlam düşüncəli insanlardır.


Anaları çağırmasa çöldən evə girməyən, küçələrin maşınların deyil, cıvıldayan uşaqların səsləri ilə dolduğu dövrün son nümayəndələridir.

 

Yerdəyəm, daşın üstündəyəm, gözəllik yoxsa çirkinlik, gözü bağlı, “ana səndə”, “gəl yanıma” və bir çox başqa küçə oyunları səksəninci-doxsanıncı illərdə doğulan uşaqların həyatında sevinc mənbəyi olub.

 

Uşaqlıqda məhəllədən məhəlləyə gedən dondurma maşınlarının qabağında və çörək növbələrində gözləyən, suların kamazlarla paylandığını görüb, hər şeyi qiymətləndirən nəsildir.

 

Hətta deyə bilərik ki, onlar bu növbələri görən və bilən sonuncu nəsildir. Bu gün hər şey hətta bir zənglə belə qapımıza gəlir.

 

Məşhur olmağın daha çətin olduğu son dövrlərdə yaşayıblar, indiki kimi “YouTube” kanalı açan və ya “İnstaqram” hesabında izləyici satın alanlar kimi asan məşhurlaşmırdılar.

 

Təbii ki, onlar bu yeni vəziyyətə çox gözəl uyğunlaşa bilən nəsil oldular. Hansının yaxşı, hansının pis olduğunu deyə bilmərik, sadəcə olaraq hər ikisini təcrübədən keçirməyimizdən danışırıq.


Onlar texnologiyaya körpü olan və indi daha yaxşı inkişaf etdirilən şeylərin ilk dəfə buraxıldığı və demək olar ki, üzərində sınaqdan keçirildiyi dövrdə yaşayıblar. 
Adi tozdan meyvə şirəsi hazırlayıb içirdilər.

 

Kompüterlərin, mobil telefonların, internetin və hətta sosial media saytlarının bütün inkişaflarını addım-addım izləyən və hətta onlar üzərində sınaqdan keçirilən nəsil oldular. Odur ki, son model, istifadəsi asan mobil telefonları əlimizə alana qədər nələrdən keçdiyimizi bir özümüz bilirik.
Ev telefonlarından düzgün istifadə edən və onları qiymətləndirən son nəsil idik. 

 

Bir-bir sarı telefon köşklərini, telefon kartlarını, sonra fırlanan ev telefonlarından düyməli telefonlara keçidi gördük.

 

İndi nə yeni, nə də köhnədirlər. Nə qoca, nə yeniyetmələrdir... İki fərqli dövrün keçid mərhələsini şəxsən yaşamış şüurlu nəsillərdir.


Əlbəttə ki, hər nəsil özünəməxsus və gözəldir. Amma yenə də 80-90-cı illərdə doğulan, doxsanlarda uşaq olan, iki minlikdə yeniyetmə olan, indi yetkin olan bu nəsil tamamilə başqadır.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17712
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14495
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9114
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8165
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7207
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7052
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6971
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
6909
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6869
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6628
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5479
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5267
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5150
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4784
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4665
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4516
Sabah 20 dərəcə isti olacaq
4162
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3961
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3320
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3226