AZ

Azərbaycanda daha bir klubun 6 futbolçusu saxlanıldı! (ÖZƏL)

Hüquq mühafizə orqanları Azərbaycan futbolunda danışılmış oyunlarla bağlı daha bir əməliyyat keçirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan I Liqası 10-cu turu çərçivəsində baş tutan “Zaqatala” – “Difai Ağsu” matçı şübhəli oyunlar siyahısına daxil edilib.

Sözügedən matçda baş verənlərə görə Ağsu təmsilçisinin 6 futbolçusu hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda onların barəsində araşdırma davam edir.

Xatırladaq ki, Zaqatalada baş tutan qarşılaşmada qonaqlar 2:0 öndə olsalar da, ev sahibi komanda matçdan 4:2 hesabı ilə qalib ayrılıb. “Difa Ağsu” qələbəni oyunun sonlarında əldən verib. Komanda 90, 90+4 və 90+6-cı dəqiqələrdə qapısından 3 qol buraxıb. Bu səbəbdən də Ağsu təmsilçisinin 6 üzvü saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla