AZ

Uorren Evans: “İqlim dəyişikliyi və özəl sektora dəstək təşəbbüsləri ADB üçün prioritetdir”

İqlim dəyişikliyi ilə mübarizə və özəl sektora dəstək təşəbbüsləri Asiya İnkişaf Bankı (ADB) üçün prioritetdir.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi Baş müşaviri Uorren Evans brifinqdə deyib.

“Ötən il iyulun 1-dən etibarən ADB yenidən strukturlaşdırıldı. Bank iqlim dəyişikliyi və özəl sektoru etdiyi hər şeydə ön plana çıxaran yeni bir əməliyyat modelinə keçdi. Beləliklə, biz hər şeyə iqlim obyektivindən baxırıq, bu çox vacibdir”, - o bildirib.

Onun sözlərinə görə, ADB ötən il iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi sahəsində pik həddə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
Mənbələr
Şərh ()
Bağla