AZ

Premyer Liqa: “Arsenal” və “Mançester Siti”dən darmadağın

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 36-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Brentford” – “Fulhem” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Börnli” – “Nyukasl” matçında qonaqlar darmadağına seviniblər. “Şeffild Yunayted” də doğma meydanda “Nottingem Forest”ə məğlub olub.

Lider “Arsenal” “Bornmut”la ev oyununda 3 xalı 3 cavabsız qolla qazanıb. Son çempion, potensial lider statusunda olan “Mançester Siti” də “Vulverhempton”la ev oyununda darmadağına sevinib.

36-cı turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

İngiltərə, Premyer Liqa
36-cı tur
3 may

Luton Taun – Everton 1:1
Qollar: Adebayo, 31 – Kalvert-Levin, 24-pen.

4 may

Arsenal – Bornmut 3:0
Qollar: Saka, 45-pen. Trossard, 70. Rays, 90+7.

Brentford – Fulhem 0:0

Börnli – Nyukasl 1:4
Qollar: O`Şi, 86 – K.Uilson, 19. Lonqstaff, 35. B.Gimarayns, 40. A.İsak, 55.

Şeffild Yunayted – Nottingem Forest 1:3
Qollar: Brereton Dias, 17-pen – Hadson-Odoi, 27; 65. Yates, 51.

Mançester Siti – Vulverhempton 5:1
Qollar: Haland, 12-pen; 35; 45+3-pen; 54. X.Alvares, 85 – Hvanqa, 53.

5 may

17:00. Brayton – Aston Villa
17:00. Çelsi – Vest Hem
19:30. Liverpul – Tottenhem

6 may

23:00. Kristal Pelas – Mançester Yunayted

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
4
Mənbələr
Şərh ()
Bağla