AZ

ARKA-nın Apellyasiya Komissiyasının üzvləri kimlərdir? - 22 layihə ilə bağlı son qərar

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) 18 iyul 2023-cü il tarixində elan etdiyi film layihələri müsabiqəsinin qaydalarına əsasən yaradılan apellyasiya komissiyasına müraciət olunan 22 film layihəsinin ssenari və layihə potensialının qiymətləndirilməsi yekunlaşıb.

Bu barədə Teleqraf.com-a ARKA-dan məlumat verilib.

Komissiya təqdim olunan layihələrlə bağlı məzmun cəhətdən fərqlənən ssenariləri məqbul qiymətləndirməklə yanaşı, kommersiya potensialı olan layihələrin 50% və ya daha çox hissəsi maliyyələşdirildiyi ARKA tərəfdən investor kimi maliyyə dəstəyinin cəlb edilməsi tövsiyə edilib.

Komissiyaya təqdim olunan digər ssenari layihələrinin təkminləşdirilməklə növbəti müsabiqələrdə iştirak etməsi təklif olunub.

ARKA tərəfdən dəstəklənə bilən layihələrin adları növbəti həftə ARKA-nın rəsmin saytında və sosial media hesablarında açıqlanacaq.

Qeyd edək ki, ARKA-nın Apellyasiya Komissiyasında Ramiz Fətəliyev, Xamis Muradov, Rafael Qəmbərov, Akif Rüstəmov, Vidadi Həsənov, Yavər Rzayev, Əliağa Məmmədov təmsil olunur.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla