AZ

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 56-ya, itkin düşənlərin sayı isə 67-yə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Braziliyanın cənubundakı Rio Grande do Sul əyalətində həftə başından bəri təsirli olan yağışlar can və mal itkilərinin artmasına səbəb olub.

Açıqlamada 74 yaralının xəstəxanalara aparıldığı, axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilib. Yerli mətbuatın məlumatına görə, daşqınlardan 377 min 497 nəfər mənfi təsirlənib və 281 şəhərdə ciddi dağıntılar baş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
1
Mənbələr
Şərh ()
Bağla