AZ

Gürcüstanı ruhlandıran məsələ məhz Azərbaycanın qəti mövqeyidir-Şəbnəm Həsənova- ÖZƏL

"Qərb və xüsusən də ABŞ güclü və müstəqil dövlət "iştahsızlığını" indi də Cənubi Qafqazda, indiki məqamda, ən güclü formada isə Gürcüstanda yaşayır. İş orasındadır ki, Gürcüstanda qəbul edilməsi planlaşdırılan, əksi təlimat və təchizatlandırılan "xarici agentlər" haqqında qanun ABŞ-da uzun onilliklərdir ki, qüvvədədir". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Avropanın bir sıra ölkələrində, o cümlədən Macarıstanda, Slovakiyada, Polşada, məsələn, Fransada belə qanunlar var. Lakin ABŞ öz ölkəsində bu məsələdə nə qədər prinsipialdırsa, digər ölkələrdə öz maraqlarının təmin olunması baxımından bu cür qanunların qəbul edilməməsində daha möhkəm və radikaldır.

Qərb heç kimi gözü üstə saxlamır, bəllidir, gözə soxulan, özünə və yeri göstərilən, münasibət isə Avropa İttifaqı məkanına inteqrasiya çərçivəsində viza rejiminin liberallaşdırılması ilə 700 min gürcünün Avropada aşağı işlərdə işlədilməsidir. Ukraynada da müşahidə olunan "al gülüm, ver gülüm" mübadiləsi burda da davam edir, tələb olunur. Gürcüstandan tələb olunan isə ağırlığı taraz olmayan bu mübadilə nəticəsində cəmiyyətin fundamentini yüngülləşdirən, silkələyən sarsıdıcı güzəştlərdir .

Bu və bir sıra digər aspektlər baxımından da Gürcüstan hökuməti tutduğu mövqedə haqlıdır. Reallıq da odur ki, xalqlar reallığı görür, inkişaf tendensiyası baxımından Gürcüstan Şevardnadze dövrünün Gürcüstanı olmadığı kimi, indi kimisə şirin vədlərlə aldatmaq da elə və heç də asan deyil. Şübhəsiz ki, xalq zamanında Qərbin gərçək simasını görsə idi, bu qədər itirməzdi. Keçən zaman kəsiyində Qərb ölkədə dayaqlarını da kifayət qədər sağlamlaşdıra bilib, güclü şəbəkə yarada bilib. Belə ki, Gürcüstanda fəaliyyət göstərən 25 minə yaxın QHT- nin böyük hissəsi maddi rıçaqlarla təmin olunur ki, nəticə etibarilə öz məqsədləri baxımından idarə olunur. 

Daha aydın görünən reallıq odur ki, Qərbin Gürcüstanda tətbiq etdiyi ssenarinin məğzində bu ölkəni Ukraynaya çevirmək istəyi dayanır və indiki məqamda sözügedən qanun layihəsinin təfərrüatları barədə heç bir məlumatı olmayan gənclərin nümayəndələri etiraz aksiyalarına çıxardılırsa, oxşar ssenariyə 2004-cü ildə Gürcüstanda müraciət olunaraq Mixail Saakaşvilini içi boş vədlərlə hakimiyyətə gətirdilər, Gürcüstanı 2008-ci ildə Rusiya ilə qarşı-qarşıya qoydular. Nəticədə Cənubi Osetiya və Abxaziya itirildi, Rusiya qoşunları isə Tbilisinin bir neçə kilometrliyinə qədər çatdı. Bu qüvvələr Ukraynanı daha dəhşətli vəziyyətə salaraq, eyni zamanda "Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa" cəhd etdilər. Bir daha vurğulayırıq. Necə ki, indi Gürcüstanda qeyri-qanuni əhval-ruhiyyəni artıraraq, sözügedən qanun layihəsinin mahiyyəti və təfərrüatları barədə heç bir məlumatı olmayan gənclərin nümayəndələri etiraz aksiyalarına çıxardılırsa, zamanında da Saakaşvilini sadəcə bu cür oyunun tərkib hissələrindən biri kimi görən Qərb vəd etdiyi kimi axıra qədər onun arxasında belə dayanmadı. Zərərləri isə sadəcə bir şəxsə, bir qrup insanlara deyil, bir yığın, dərinləşən ziddiyyətlərlə müşahidə olunaraq bütöv bir Gürcüstan cəmiyyətinə dəydi, milli mənəvi dəyərlərin assimilyasiya olunması, cinsi azlıqların "ayaqlarını geniş açması", xalqın genefondunun məhv edilməsi məqsədilə narkomaniyanın təşviq və təbliğ edilməsinə başlanıldı. İndiki məqamda da məqsəd odur ki, Gürcüstan dövləti yeni Ukraynaya, gürcü xalqı isə milli identikliyi olmayan topluma çevrilsin.

Qərbin "hörmət dəyərləri" adı altında qruplaşdırdığı məkirli planları dövlətlərin daxili işlərinə qarışmaqdan bir şey deyil. Bu, dövlətin müstəqil qərar qəbuletmə mexanizminə atılan daşlardır, gürcü xalqına qarşı edilən təxribatdır. Qanunun qəbul ediməsi şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Hakimiyyət orqanları konkret təşkilatın harada və hansı məqsədlə maliyyələşdiyi barədə məlumatlara malik olmalıdır.

Qərb insanların seçimini görməzdən gəlir, cəmiyyətlərin ənənəvi dəyərlərinin assimilyasiya olunmasını istəyir, öz dəyərlərini sırıyır, Gürcüstanın suverenliyinə xələl gətirməkdə davam edir, hətta əməkdaşlığın belə "öz şərtləri" altında irəlilədilməsində təzyiqlər edir. Gürcü xalqı öz təşəbbüsünü qanunvericilik normasına çevirmək istəyir, onun istəyinə mane törədilir. ABŞ-la Rusiyanın problemi var deyə hər kəs Rusiyadan üz döndərməlidir?

Gürcüstan cəmiyyəti və dövlətində bilərəkdən, şüurlu şəkildə gərgin atmosfer sürdürülür, çatlar yaradaraq, daha da dərinləşdirilir. Hakimiyyətdə xalqın maraqlarını müdafiə edən deyil, qeyri-hökumət təşkilatlarının, maraq qruplarının köməyi ilə məhz xeyir-dua ilə hakimiyyətdə otuzdurulanlardan da zamanı gələndə "vəfa borcu"nun qaytarılması tələb olunur.  Missioner agentlər "uğur"a müvəffəq olsalar, "qlobal müharibə tərəfi" "ikinci cəbhə açmaq" əlini bərkidəcək. Odur ki, "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi mütləq qəbul olunmalıdır. Mənbəyini Azərbaycandan götürən bu "dəyərlər kollektivi"nin cəmiyyətlərimizdə dəyərsiz olduqlarını anlamasının mənsəbi Gürcü cəmiyyətinin müqavimətində təzahür olunan, ABŞ və Qərbin regiondan qovulması prosesinin elə özüdür. Gürcüstanı ruhlandıran məsələ məhz Azərbaycanın qəti mövqeyidir. Bəli, bu gün Gürcüstan da məhz Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirməyə başlayıb.

Ermənistanın da yolu yol deyil. Özü də sadəcə inkişafı və mövcudluğunu deyil, yolunu da tərs və səhv yönə çevirərək 2004-cü ildəki Gürcüstanın yolunu gedir. Həmçinin Moldovanın fəallığının qeyri-məhsuldarlığına paralel olaraq, deməli, Paşinyanı da Saakaşvilinin aqibəti  gözləyir.

Dirijoru ABŞ olmaqla Qərb anlayır ki, Azərbaycanın mövqeyini görməzdən gələrək, maraqlarını nəzərə almadan bölgədə hansısa nəticəyə yiyələnmək, uğur əldə etmək mümkünsüzdür. Bu qüvvələrin bölgədə ayaq açmamalarına mane olan Azərbaycandır ki, heç bir təhdid, təzyiq, hətta hiyləgər planın belə nəticəsi geri çəkilməkdən o yana addımlaya bilməyəcək. Qərb Azərbaycanda nəinki yeriyə bilmir, heç ayaq da tuta bilmir. Təxribatçıların cəmiyyəti, gəncləri qiyama qaldırmaq cəhdləri iflasa məhkumdur. Məhz bu səbəbdəndir ki, dindirilən hər kəs konkret adlar çəkir, məlumatlar verir, detallar açıqlayır, "bulağın qaynayan yerini" göstərirlər. "Vəfa borcu"nun yükünün ağırlığı bu insanlara sözün hər mənasında çəkdirilir. Yaxın zamanlarda ediləcək deşifrə əməliyyatından sonra qanun pozuntusuna belə öz aləmlərində bəraət qazandırmağa çalışan ABŞ-ın, Qərb ölkələrinin səfirlərinin neçənci siması lazımdır ki, Azərbaycanda fəaliyyətlərini davam etdirsinlər, sayını ancaq özləri bilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla