AZ

"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?

"Bu məlumat Rusiyanın dövlət maşını və təbliğatının ümidsizliyini sübut edir..."
 
"Rusiya Daxili İşlər Nazirliyinə əvvəlcə vicdanı və sağlam düşüncəni axtarmağı məsləhət görürük..."
 
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ukrayna prezidenti Vladimir Zelenskinin axtarışa verməsinin heç bir dəyəri yoxdur.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna XİN bəyanatında deyilir. Məlumatı "gordonua.com" nəşri yayıb.
 
"Rusiya DİN tərəfindən Ukrayna prezidentinin, guya, axtarışa verilməsi barədə xəbərlər diqqəti cəlb etmək üçün daha hansı xəbəri uydurmağı bilməyən Rusiyanın dövlət maşını və təbliğatının ümidsizliyini sübut edir", - bəyanatda deyilir.
 
Ukrayna XİN xatırladıb ki, "Rusiyanın Zelenski və digər ukraynalıların axtarışa verilməsi barədə dəyərsiz və heç bir hüquqi nəticələri olmayan elanından fərqli olaraq, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Rusiya prezidenti Vladimir Putinin hərbi cinayətlərdə şübhəli bilinərək həbsinə verilən order "tamamilə realdır və dünyanın 123 dövləti tərəfindən icra olunmalıdır".
 
Xatırladaq ki, Rusiya KİV-ləri mayın 4-də Rusiya DİN saytına istinadən məlumat verib ki, nazirlik Zelenskini axtarışa verib. 
 
Rusiya DİN saytında həmçinin Ukraynanın beşinci prezidenti Pyotr Poroşenkonun da axtarışa verilməsi barədə informasiya üzə çıxıb.
 
Sonradan aprelin 4-də "Novaya qazeta Yevropa" nəşri yazıb ki, Rusiya DİN USQ Quru Qoşunlarının Komandanı Aleksandr Pavlyuku da axtarışa verib.
 
Bütün ukraynalılar "CM-in maddəsi üzrə" ifadəsi ilə axtarılır. Rusiyanın güc strukturları Cinayət Məcəlləsinin məhz hansı maddəsini nəzərdə tutquqlarını dəqiqləşdirməyib.
 
Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov "RBK Ukraina" nəşrinə Zelenskinin "axtarışa verilməsini" şərh edərkən Rusiya DİN-ə "əvvəlvə vicdanı və sağlam düşüncəni axtarmağı" məsləhət görüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla