AZ

Ceyhun Bayramov Somali Baş nazirinin müavini ilə görüşüb

Bakı. Trend:

4 may 2024-cü il tarixində nazir Ceyhun Bayramov Qambiyayaişgüzar səfəri çərçivəsində Somali Federativ Respublikasının Başnazirinin müavini Salah Ahmed Jama ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflərbeynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İƏTçərçivəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadəediblər. Beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərə vətəşəbbüslərə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyivurğulanıb.

Görüş zamanı nazir, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyidövründə Afrika ölkələrinin maraqlarının beynəlxalq platformalardatəbliği və Afrika ölkələri ilə əlaqələrinin inkişafı üçün səyləriniəsirgəmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Tərəflər ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı, alternativenerji, habelə təhsil-humanitar sahədə tərəfdaşlığın inkişafı üçüngeniş potensialın olduğunu bildiriblər. Ölkəmizin İslam ƏməkdaşlıqTəşkilatı ölkələri üçün müəyyən edilmiş təqaüd proqramındaSomalidən tələbələrin iştirakının təqdirəlayiq olduğunubildirilib.

Bununla yanaşı, cari ildə ölkəmizin ev sahibliyi etdiyi BMT-ninİqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlverişliimkanlar yaratdığı vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəflivə regional məsələlər müzakirə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
3

1Mənbələr

Şərh ()
Bağla