AZ

"Twins Group" işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA

Twins Group

Keyfiyyətə nəzarət üzrə Nəzarətçi- Mühəndis

Son tarix 03 iyn 2024 - [email protected]

Vəzifə öhdəliyi:

  • Qurğulara texniki xidmət göstərilməsi üzrə məsul heyətin işlərini planlaşdırır,növbələşdirir, vəzifə tapşırıqları verir, nəzarət edir, yoxlayır və iş prosesində iştirak edir;
  • Tikintisi davam edən layihələrin layihələndirmə ve icra proseslerinə nəzarət edir;
  • Mövcud alət və avadanlıqları, Cəmiyyətin mülkiyyətində olan əmlakı yoxlayır, təlimatları rəhbərdən alır və işlərin daha səmərəli şəkildə planlaşdırılmasına kömək edir;
  • Malları qəbul edən zaman Cəmiyyətin siyasətinə uyğun olaraq təmizlik və intizama riayət edir, düzgün texniki üsullar və avadanlıqlardan istifadə etməklə qablaşdırılmış malların təlimatlara uyğun olaraq çıxarılmasına və yığışdırılmasına nəzarət edir;
  • Qəbul edilmiş malların keyfiyyətini, son istifadə tarixini, zədə və ya uyğunsuzluqları yoxlayır və bu barədə müvafiq şöbə və ya şöbələrə məlumat verir;
  • Daxil olan sifarişlərdəki məlumatlara əsasən material, məhsul, hissə və ehtiyatları paylaşdırır, çatdırılma sənədlərini tamamlayır, xüsusi məlumatları qeyd edir;
  • Materialların daşınması və yüklənməsi məqsədi ilə anbarlarda istifadə olunan avadanlıqların təyinat və növünü təsdiq edir, anbarda istifadə olunan saxlama sistemlərini idarə edir, istehsalçıların texniki tələbləri və Cəmiyyətin prosedurlarına uyğun olaraq anbar sistemlərinin düzgün istifadəsi və yük götürmə qabiliyyətini müəyyən edir;
  • Təhükəli maddələr və mallar ilə əlaqədar qanuni tələbləri tətbiq edir,materialların təhlükəsizliyinə dair texniki məlumatların arayış vərəqələri və digər sənədlərə əsasən təhlükəli malları və ya maddələri müəyyən edir;
  • İstifadə olunan və ya verilən əmlak siyahıları, qiymət siyahıları, çatışmazlıqlar, yüklər, xərclər, malların qeydiyyat və hesabatını tələb olunduğu halda hazırlayır və aparır, fəaliyyətə dair hesabatlar hazırlayır;
  • Qapı, pəncərə, qıfıl, pərdə və s.nin, eyni zamanda binada ehtiyac yaranan yerlərin vaxtında təmirini təşkil edir, nəzarətində olan əmlakın mühafizəsini və saxlanılmasını təmin edir;
  • Əmlakın mövcudluğunun uçotunu aparır, dövri yoxlama aparır və onun silinməsi üçün aktlar tərtib edir, köməkçi fəhlələrə və təmizlikçilərə inventar, məişət əşyalarını verir və müvafiq əməliyyat uçotunu aparır;
  • Rəhbərliyin aidiyyəti işlərin icrası ilə bağlı verilən tapşırıqlarını vaxtında və vicdanla yerinə yetirir. 

Namizədə Tələblər:

  • Ali təhsil
  • Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Stresə davamlı
  • Ofis proqramlarında işləmə bacarığı
  • Səliqəli və ciddi xarici görünüş

Təminatlar:

  • İş qrafiki: 09:00-18:00.
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
  • Əmək haqqı: 2000-3000 

Vakansiyaya uyğun namizədlər CV-lərini “Nəzarətçi-Mühəndis” başlığı ilə e-mail ünvanına ünvanına göndərə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
1
Mənbələr
Şərh ()
Bağla