AZ

Namiqdən ETİRAF: "İstənilən ayrılığı çətin yaşayıram"

“Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, “Namiq, nə maşını sürür”. Bir avtomobilim var idi, pul yığıb ondan aldı. Sonrakı maşınımdan da aldı. Yenə maşını dəyişmişəm, artıq çata bilmir. İndi maraqlanmır".

Bizim.Media xəbər verir ki, bu sözləri Namiq Qaraçuxurlu qonaq olduğu "Zaurla Günaydın" verilişində danışıb.

Bahalı avtomobillərindən bəhs edən sənətçi etirafları ilə diqqət çəkib:

"Mənim gözümdə elə şeylər yoxdur. Sadəcə görürəm dəbdir. Hamı alır, mən də alıram. İçində əyləşəndə bahalı maşında olduğumu hiss etmirəm. 

İstənilən ayrılığı çətin yaşayıram. Dostdan da ayrılanda çətin yaşayıram. Hətta evi dəyişəndə, çarpayını dəyişəndə çətinlik yaşayıram”.

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
12
Mənbələr
Şərh ()
Bağla