AZ

"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?

Ukrayna bu yolla Rusiyanı dalana dirəmək istəyir...

 

Artıq bir neçə aydır ki, Ukrayna dronları Rusiyanın neft emalı zavodlarını hədəf almaqda, bu zavodları nöqtə-zərbələrlə məhv etməkdədir.

 

Moderator.az xəbər verir ki, ABŞ hərbi nəşri Ukrayna dronlarının niyə daha çox neft emalı zavodlarını zərbə endirdiyi ilə bağlı maraqlı məlumat yayımlayıb. Məlumatda qeyd olunur ki, bu zavodların məhv edilməsində, onların fəaliyyətinin dayandırılmasında məqsədlərdən biri rus ordusunun enerji təchizatında problem yaratmaq olsa da, bu, əsas səbəb deyil. Zərbələrin əsas məqsədi Rusiyanı əsas gəlir mənbəyindən məhrum etmək, dövlət büdcəsini pulsuz qoymaqdır.

 

Rusiyanın əsas gəlirini neft-qaz ixracı təşkil etdiyi üçün Ukrayna neft emalı zavodlarını sıradan çxıarmaqla Moskvanı əsas gəlir mənbəyindən məhrum etməyə çalışır. Araşdırmalar göstərir ki, əslində Ukraynanın məlum istiqamətdə fəaliyyəti artıq ilkin effektini verməkdədir. Belə ki, aprelin sonunda Rusiyanın neft emalı göstəricisi son 11 ayda minimum səviyyəyə enib ki, bu da Moskva üçün çox acınacaqlı göstəricidir.

 

Bu baxımdan Ukrayna dronlarının neft emalı zavodlarına endirdiyi zərbələr ekspertlər tərəfindən Rusiyanın dövlət büdcəsinə açılan atəş kimi dəyərləndirilir. Mütəxəssislər hesab edir ki, Rusiya neft emalı zavodlarının təhlükəsizliyini təmin etməsə, o zaman bu sahədə vəziyyət daha da mürəkkbələşəcək və dramatik hal alacaq.

 

Seymur ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla