AZ

Körpü su altında qaldı: 24 min insan...

Braziliyanın Rio Grande do Sul əyalətində daşqın zamanı çaydan keçən körpü uçub. Həmin anlar ətrafdakıların mobil telefon kameralarına anbaan əks olunub.

Publika.az xəbər verir ki, Rio Grande do Sul Mülki Müdafiədən verilən açıqlamaya görə, seldə həyatını itirənlərin sayı 39-a yüksəlib.

Əyalətin paytaxtı Porto Aleqri də daxil olmaqla 235 fərqli nöqtəni təsir altına alan sel səbəbiylə ən az 24 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Ştatda böyük fəsadlar törədən sel nəticəsində küçələr çaya çevrilib, yollar, körpülər dağılıb.

Roza Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla