AZ

"Ən böyük hədəfimiz öndə olan komandaya çatmaqdır" - Adil Şükürov

style='margin-bottom:10px;'>

 "Çox şükürlər olsun ki, mübarizəni oyunun sonuna qədər davam etdirib bir xal qazana bildik. Bizim indi ən böyük hədəfimiz öndə olan komandaya çatmaqdır. Buna doğru gedirik".

QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 33-cü turunda "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Oyunun ağır olacağını gözləyirdik. Futbolçulara da bildirmişdik ki, oyundan həzz almalıyıq. Ən yaxşı oyunumuzu göstərməliyik. Düzdür, ən yaxşı oyunumuz olmasa da, oyunçuların mübarizliyi göründü. Matçın sonunda vurduğumuz qolun stressini, həyəcanını hamı yaşadı" - deyə o bildirib. 

Mütəxəssis fürsətdən istifadə edib sabah 15 illiyini qeyd edəcək "Xəmsə" fanklubunu təbrik edib: "Onlar həmişə bizim yanımızdadırlar. Bu azarkeşlərin dəstəyi bizim üçün vacibdir. "Xəmsə"nin sıralarında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlar olub, qazilər var. Dəstəyə görə fanatlarımıza minnətdarıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla