AZ

Millimizin üzvü: "Bütün komandalar bizdən çəkinirlər, gücümüzə bələddirlər"

Minifutbol üzrə Azərbaycan milli komandası Monteneqroda keçirilmiş turnirdə qalib oldu. Yığma komandamızın aparıcı üzvü Mirmehdi Rzayev Sportal.az saytına açıqlamasında Monteneqrodakı turnirdən danışıb:

"Turnir bizim üçün ağır keçdi. Çünki turnirdən əvvəl təlim-məşq toplanışındaydıq. Aprelin 24-dən məşqlərimiz başlamışdı və gündə 2 dəfə məşq edirdik. Komandamız oyunlara fiziki və taktiki cəhətdən hazırlaşırdı. Turnirdə rəqiblərimiz də çox güclü idi. Amma qalib olmağı bacardıq. Qrupda Rumıniya ilə oyuna da yaxşı oynamışdıq, sadəcə qol epizodlarından istifadə edə bilmədik. Onlar son dəqiqələrdə qol vurub qalib gəlmişdilər. Lakin finalda onlara qarşı əla oynadıq, üçüncü dəqiqədə artıq hesabda 3:0 öndə idik. Sadəcə arxayınçılıqdan boşluqlar verdik, hesab 5:4 oldu. İstənilən halda qalib gəldik və kuboku qazandıq".

Rzayev Azərbaycan millisinin Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatındakı məqsədlərindən də söhbət açıb:

"Dünya çempionatında sadəcə bəxtsizlik yaşamışdıq. Halbuki finala çıxsaydıq Rumıniyanı udacaqdıq. Onlar bizdən artıq çox qorxurlar, bizim gücümüzə bələddirlər. Avropa çempionatında da bizimlə qarşılaşmağı heç istəmirlər. Qarşıda bizi Avropa çempionatı gözləyir. Azərbaycanda da toplanış keçəcəyik, fiziki və taktiki cəhətdən işləyəcəyik. Bu dəfə də vətənə Avropa çempionu kimi qayıtmaq istəyirik. İndi bütün millilər bizdən çəkinirlər, bizim oyunumuza bələddirlər. Biz belə də davam edib, Avropa çempionluğunu yenidən Bakıya gətirmək niyyətindəyik"..

Mirbağırağa

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla