AZ

Astarada velosiped sürən gənc körpüdən çaya düşərək ölüb

Astarada gənc körpüdən çaya düşərək ölüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Astara rayonunun dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. 

Kənd sakini 2002 - ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə hərəkətdə olarkən Vıli körpüsü üzərindən Şümrüd çayına düşüb. O, aldığı xəsarətlərdən ölüb. 

Gəncin meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, adıçəkilən körpünün hündürlüyü 8 metrə yaxındır.

Baş vermiş bədbəxt hadisə ilə bağlı araşdırma davam edir.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
17

1Mənbələr

Şərh ()
Bağla