AZ

Bakıda bıçaqlanma - Yaralı xəstəxanada öldü

Bakı. Trend:

Mayın 4-də paytaxtın Sabunçu rayonu ərazisində 1974-cü iltəvəllüdlü Roman Əsgərovun almış olduğu xəsarətdən müalicə aldığıxəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxilolub.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış istintaqla1966-ci il təvəllüdlü Rəşid Babayevin mayın 3-də rayonun Maştağaqəsəbəsi ərazisində Roman Əsgərova kəsici-deşici alətlə xəsarətləryetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığıxəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqıaparılır. Rəşid Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
2
Mənbələr
Şərh ()
Bağla