AZ

İspaniya klubu ukraynalı futbolçuya görə cəzalana bilər

İspaniyanın "Jirona" klubu ukraynalı futbolçu Artyom Dobvikin transferinə görə cəzalandırıla bilər.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hüquqşünas Yevgeni Kuzmin futbolçunun transferinin Ukraynada vergidən yayınacaq şəkildə rəsmiləşdirildiyini bildirib.

"SportsMax"da yer alan məlumata görə, Dobvikin agenti Aleksey Lundovski sövdələşməyə əsasən aldığı mükafatı özündə saxlamaq və vergidən yayınmaq üçün Estoniyada xüsusi ofis açıb.

Qeyd edək ki, bu mövsüm "Jirona"nın heyətində 19 qol vuran Dobvik La Liqada bombardirlər siyahısına başçılıq edir. Futbolçu 2023-cü ilin yayında 7 milyon avro qarşılığında "Dnepr"dən transfer olunub.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
3
Mənbələr
Şərh ()
Bağla