AZ

Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?

 
"Biz Qəzzada atəşkəsi gözləyirdik, bunun əksinə olaraq humanitar vəziyyət daha da pisləşib..."
 
"Netanyahu Qəzza bögəsində 45 minədək dinc insanı qətlə yetirib, uşaqlara, qadınlara və qocalara qarşı amansızlıq nümayiş etdirib..."
 
Türkiyə Qəzza bölgəsində atəşin dayandırılması və regiona humanitar yardımın fasiləsiz daşınmasının təmin edilməsinədək İsrailə qarşı ticarət sanksiyaları haqqında mayın 2-də qəbul edilən qərara riayət edəcək. 
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə ixracatçıları Assamblesiyasında görüşü zamanı məlumat verib. Məlumatı "TRT Haber" telekanalı yayıb. 
 
"Biz atəşkəsi gözləyirdik, lakin bunun əksinə olaraq humanitar vəziyyətin pisləşməsi baş verib. Bununla əlaqədar olaraq məhdudiyyətlərin yeni mərhələsinə keçilməsi barədə qərar qəbul edilib", - Bolat məlumat verib.
 
Nazir əlavə edib ki, Türkiyə Qəzza bölgəsi sakinlərinə humanitar yardımın göstərilməsini davam edəcək. 
 
Bu arada isə İsrail ilə ikitərəfli faydalı əlaqələrə dəstək verən türkiyəli ixracatçılar öz mallarını üçüncü ölkələr vasitəsilə İsrailə göndərmək üsullarını axtarır.
 
Bu barədə "Reuters" agentliyinə Türkiyənin ixracat sektorundakı dörd mənbə məlumat verib. 
 
Yaranmış vəziyyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şərh edib. O, bəyan edib ki, onun ölkəsi İsrail ilə ticari münasibətləri məcburən dayandırıb və həcmi 9, 5 milyard dollara çatan ticarət dövriyyəsinə son qoyub. 
 
"İsrail ilə Fələstin arasında baş verən hadisələr qəbuledilməzdir, - o, bu barədə İstanbulda jurnalistlərə deyib. - İsrail 40-45 min fələstinlini qətlə yetirib. Biz müsəlmanlar buna seyrici münasibət göstərə bilmərik.
 
Biz tədbirlər görməyə məcbur olmuşuq və tələb olunan addımı atmışıq. Bizim ticarət dövriyyəmiz 9, 5 milyard dollar təşkil edib, indi biz buna son qoymuşuq". 
 
Türkiyə lideri qeyd edib ki, hələ indiki böhran qızışmazdan öncə ABŞ-da İsrail baş naziri Binyamin Netanyahu ilə onun görüşü olub. 
 
"Mən onunla, sadəcə, görüşməmişəm, mən Türkiyə ilə İsrailin birlikdə bəzi addımları ata biləcəyini göstərmək istəmişəm", - Ərdoğan qeyd edib.
 
Lakin Netanyahu amansız olub və bu amansızlığı Qəzza bölgəsində uşaqlara, qadınlara və qocalara münasibətdə nümayiş etdirib. Bütün Qərb, xüsusilə ABŞ İsrailin maraqları naminə çalışır". 
 
Bundan əvvəl məlumat verilib ki, aprelin 9-da Türkiyə Ticarət Nazirliyi 54 növ mallar üzrə İsrail ilə ticarətdə məhdudiyyətlər tətbiq edib.
 
Mayın 2-də nazirlik İsrail ilə ixrac-idxal əməliyyatlarının tam dayandırılması barədə elan edib.
 
Nazirlik dəqiqləşdirib ki, bu tədbir Qəzza bölgəsində HƏMAS-la davam edən müharibəyə etiraz əlaməti olaraq "ikinci mərhələ" tədbirlərdir. 
 
Qəzza bölgəsində müharibə zamanı Türkiyə İsrailin ən kəskin tənqidçisi olub, ölkə prezidenti Ərdoğan İsraili "terrorçu dövlət", Netanyahunu isə "zəmanəmizin Hitleri" adlandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
19
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17712
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14495
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9114
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8165
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7207
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7052
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6971
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
6909
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6869
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6628
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5479
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5267
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5150
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4784
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4665
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4516
Sabah 20 dərəcə isti olacaq
4162
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3961
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3320
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3226