AZ

Qazaxıstan Ukraynanı silahlandırır?

Qazaxıstan Müdafiə Nazirliyinin Ukrayna ilə mümkün hərbi məhsulların tədarükü ilə bağlı müzakirələr aparması barədə yayılan iddia şayiədir, heç bir əsası yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Qzaxıstanının Rusiyadakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib.

“Bu şayiədir. Bunlara belə baxmalıyıq - şayiə, saxta, yoxlanılmamış məlumatlar kimi”, - diplomat bildirib.

Abayev həmçinin qeyd edib ki, Qazaxıstan və Rusiya müttəfiqdir:

“Münasibətlərimiz müttəfiqlik xarakteri daşıyır. Ən yüksək siyasi səviyyədə çox yaxşı qarşılıqlı anlaşma var. Qalan hər şey həmişə yoxlanılmalıdır”.

Səfir Astana ilə Kiyev arasında nə hərbi, nə də müdafiə sahəsində əlaqənin olduğunu vurğulayıb. Eyni zamanda, o, bu iddia yayılmağa başlayan kimi, dərhal Qazaxıstan tərəfindən təkzib edildiyini xatırladıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla