AZ

“Kəpəz” əməkdaşı polis bölməsinə aparıldı

Azərbaycan Premyer Liqasının 33-cü turunda “Kəpəz” Tovuzda “Sumqayıt”ı qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmadan öncə stadionda qalmaqal yaşanıb. Belə ki, “sarı-göylər”in azarkeşlərlə əlaqələndirici üzvü Turqan Əliyev fanatların əyləşdiyi sektorla bağlı AFFA nümayəndəsinə iradını bildirib.

Əliyev “Sumqayıt” tərəfdarlarının yerləşdiyi sektorun özlərinə məxsus olduğunu və onların qarşı tribunada oturmaları gərəkdiyini bildirib. Onun iradını qəbul etməyən AFFA rəsmisi klub nümayəndəsinin stadiondan çıxarılmasını tələb edib.

Bunu ardından hüquq mühafizə orqanları Turqan Əliyevi polis bölməsinə aparıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla