AZ

ABŞ-dan Ermənistana pul yağışı - 200 milyon+20 milyon+10 milyon...66 konqresmen “sinə vurur”...

Image

Azər Həsrət: “Ermənistana belə yardımların edilməsi üçün canfəşanlığın göstərilməsi təsadüfi deyil”

Ermənistana edilən xarici yardım azmış kimi, ermənipərəst konqresmenlər yenidən bu məsələni gündəmə gətiriblər. Bu yolla Ermənistana daha çox yardımın edilməsinə cəhd edirlər.

Belə ki, 66 amerikalı konqresmen ABŞ Konqresinin Nümayəndələr Palatasının Təsisatlar Komitəsini Ermənistana yardım etməyə çağırıb. Konqresmenlər Qarabağdan könüllü köçən erməni əhalisi üçün 200 milyon dollar ayırmağa, ABŞ-ın Ermənistana hərbi yardımını artırmağa yönəlmiş ortaq məktub imzalayıblar. Məktubda konqresmenlər Ermənistana müdafiə üçün 20 milyon dollar ayrılmasını da tələb ediblər. Bundan əlavə, onlar Ermənistanı xaricdə hərbi təhsil və təlimlərə, hüquqi və demokratik islahatlara daha 10 milyon dollar ayırmağa çağırıblar. 

Maraqlıdır, davamlı olaraq Ermənistana yardım məsələsinin gündəmə gətirilməsində məqsəd nədir?

Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a açıqlamasında bunu belə izah etdi: “Ermənistana belə yardımların edilməsi üçün canfəşanlığın göstərilməsi təsadüfi deyil. Frenk Palloni başda olmaqla ermənipərəst konqresmenlər, senatorlar, ayrı-ayrı nüfuz adamları əllərindən gələni edirlər ki, bu mərhələdə də Ermənistanın yanında olduqlarını göstərsinlər. Eyni zamanda həmin qüvvələr əllərindən gələni erdirlər ki, Azərbaycanı küncə sıxışdırsınlar. O baxımdan təsadüfi heç nə yoxdur və belə olması gözlənilən idi. ABŞ konqresmenləri hər zaman ermənilərə kömək etməyə hazır olublar. Üstəlik, erməni diasporu boş oturmur və davamlı olaraq işləyir. Ona görə də ermənipərəst konqresmenləri qınamaqdan çox özümüz hərəkətə keçməliyik. Bu, çox vacibdir. Çünki ermənilər davamlı olaraq işləyirlər. Yəni bir tərəfdən erməni lobbisi ilə bağlı narahatçılığımızı ifadə etməklə kifayətlənməməliyik. Ən başlıcası arxayınlaşmamalıyıq. Artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bizim qarşımızda olan ən böyük maneə aşılıb. İndi lazımdır ki, biz əlimizi, qolumuzu çırmalayıb Birləşmiş Ştatlarda, Avropa İttifaqı ölkələrində siyasiləri, nüfuz adamlarını öz tərəfimizə çəkək. Ümumiyyətlə, səfərbər edək və Azərbaycan üçün də işlədək. Bunu biz etməliyik ki, davamlı olaraq erməni lobbisinin təzyiqləri ilə üzləşməyək. Deməyim odur ki, ərazi bütövlüyümüzü təmin etsək də arxayınlaşa bilmərik. Xarici dövlətlərdə ciddi iş aparmalıyıq, diaspor fəaliyyətini gücləndirməliyik”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
50
Mənbələr
Şərh ()
Bağla