AZ

“Kəpəz”in futbolçusu 200-ə çatdı

“Kəpəz”in futbolçusu Amil Yunanov Premyer Liqada 200 oyun həddinə çatıb.

İdmanxeber.az-ın Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, təcrübəli hücumçu buna “Səbail”lə matçda nail olub. Bu gün “Sumqayıt”la matçdan öncə ona üzərində 200 yazılmış forma hədiyyə olunub.

Təcrübəli forvarda bu hədiyyəni klub akademiyasının rəhbəri Cabir İbrahimov təqim edib.

Qeyd edək ki, Yunanov zədə səbəbindən bugünkü matçı buraxmaq məcburiyyətində qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76

1Mənbələr

Şərh ()
Bağla