AZ

Angelos Postekoqlu: “Tottenhem”də dəyişikliklər baş verməlidir”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu “mahmızlar”ın heyətinin yenidənqurulması prosesinə başlamaq niyyətində olduğunu açıqlayıb.

Arena.az “Reuters” agentliyinə istinadən məlumat verir ki, yunanəsilli avstraliyalı mütəxəssisin fikrincə, bu, komandaya yeni qayda-qanun aşılamaq üçün gərəkdir:

“Bizm düşərgəmizdə dəyişikliklər vaş verməlidir. Bu tərkibi dəyişməliyəm, bu, vacibdir. Biz elə bir komanda yaratmalıyıq ki, mənim fikrimcə, bizim futbolumuzu oynaya bilsin. Bunun üçün çıxış transferləri üzərində işləmək vacibdir. Biz məşq prosesini və oyunu müstəsna üslubda qurmaq niyyətindəyik. Hər kəs bunu əxz etməyəcək. “Liverpul”un və ya “Arsenal”ın başlanğıcına nəzər salsanız, sonra onların yüksəliş və uğur dövrünə keçsəniz, görərsiniz ki, bu məqama qədər onların komandaları demək olar ki, tanınmaz hala gəliblər”, deyə Angelos Postekoqlu fikrinin mahiyyətini əsaslandırıb.

Hazırda Postekoqlunun “mahmızlar”ı İngiltrərə Premyer Liqasının yarış cədvəlində 34 oyundan 60 xalla 5-ci pillədə qərarlaşıb. “Tottenhem” 35 oyundan 67 xalla 4-cü pillədə qərarlaşmış “Aston Villa”nı təqib edir və növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparır.

Vurğulayaq ki, cari mövsümə uğurla başlamış “Tottenhem” mövsümün gedişində aparıcı oyunçularının çoxsaylı zədələri ilə üzləşmiş və müəyyən qədər tarazlığını itirsə də, göründüyü kimi, iddiasını saxlaya bilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla