AZ

"AİB artıq Azərbaycana COP29 üzrə texniki yardım göstərməyə başlayıb"- Baş direktor

Image

Asiya İnkişaf Bankı (AİB) artıq Azərbaycana COP29 üzrə texniki yardım göstərməyə başlayıb. Bu barədə Trend-in sualına cavab olaraq, AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov AİB-in Tbilisidə keçirilən illik toplantıları çərçivəsində brifinqdə deyib.

"AİB Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün seçilməsindən məmnundur. Bəziləri bu seçimi tənqid edə bilər, çünki Azərbaycan neft və qazla zəngin ölkədir. Lakin bizim tamamilə əks nöqteyi-nəzərimiz var. Bu, ev sahibliyi edən ölkəyə karbon qazı tullantılarının azaldılması üzrə təşəbbüs irəli sürmək üçün böyük stimul verir", - o deyib.

Jukov xatırladıb ki, AİB prezidenti COP29-un Azərbaycanda keçirilməsini dəstəklədiyini bildirib.

"AİB COP29-da uğurlu danışıqlar aparmaq üçün hökumətin potensialını gücləndirmək üçün texniki yardımın göstərilməsinə artıq başlayıb", - deyə o əlavə edib.





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla