AZ

Azərbaycanın ən güclü stolüstü tennisçiləri müəyyənləşib

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan birinciliyinə yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışın son günündə şəxsi, qoşa və qarışıq qoşa növlərində qalib və mükafatçılar müəyyənləşib.

2005-2008-ci il təvəllüdlü idmançıların şəxsi mübarizəsindən Aylin Əsgərova ilə Adil Əhmədzadə üstün ayrılıb. 2009-cu il və daha kiçikyaşlı stolüstü tennisçilər arasında isə Yağmur Məmmədli və Onur Quluzadə ölkə çempionu adını qazanıb.

2005-2008-ci il təvəllüdlülərin qoşa yarışında Aysu Ağayeva – Aylin Əsgərova və Adil Əhmədzadə - Rüstəm Hacılı tandemi qələbəyə sevinib.

2009-cu il və daha kiçik idmançlıar arasında isə Şəbnəm Mansurova – Aynur Ağayeva və Onur Quluzadə - Ömər Aslanlı cütü bütün rəqiblərinə qalib gəliblər.

Qarışıq-qoşa yarışlarında 2005-2008-ci il təvəllüdlülərdən Tahir Qubadovla Mərziyyə Nurmətova, 2009-cu il və daha kiçik yaş qrupunda isə Onur Quluzadə ilə Yağmur Məmmədli çempion adına layiq görülüblər.

Fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam, baş katibi Könül Mikayılova və Azərbaycan Gənclər və İdman Nazirliyinin idman səfiri, tanınmış taekvondoçu Fəridə Əzizova tərəfindən AGİN-in diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunub.

Qeyd edək ki, mayın 1-də start verilən ölkə birinciliyinin ilk günündə iştirakçılar komanda yarışlarında bacarıqlarını göstərmişdilər. Nəticələrə əsasən, 2005-2008-ci il təvəllüdlu qızlar arasında Sumqayıt, oğlanlar arasında Bakı 1 kollektivi 1-ci yeri tutmuşdu.

2009-cu il və daha kiçik təvəllüdlu qızların mubarizəsindən Bakı-1, oglanların mubarizəsindən Şabran komandası qalib ayrılmışdı.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
7

1Mənbələr

Şərh ()
Bağla