AZ

Daha bir prezident Qələbə paradında İŞTİRAK EDƏCƏK

Böyük Vətən Müharibəsində əldə edilən qələbə ilə bağlı 2024-cü ilin mayın 9-da Moskvada keçiriləcək paradda daha bir ölkənin prezidenti iştirak edəcək. 


Sfera.az Lenta.ru-ya istinadən xəbər verir ki, Qələbə Günü münasibətilə keçiriləcək tədbirlərə Tacikistan prezidenti Emoməli Rəhmon da qatılacaq.


Məlumata görə, E.Rəhmon Rusiyaya Prezident Vladimir Putin tərəfindən dəvət olunub. 


Bundan əlavə, Tacikistan rəhbəri MDB ölkələri başçılarının qeyri-rəsmi görüşündə də iştirak edəcək. Rəhmonun Moskvaya gəlişi ilə əlaqədar Tacikistanda Qələbə Günü tədbirləri bir gün əvvəl, mayın 8-də keçiriləcək. 


Qeyd edək ki, mayın 9-da Moskaya Laos prezidenti Txonqlun Sisulit, ondan bir gün əvvəl isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də gələcək. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla