AZ

Bakıdakı ilk Avropa kubokunun qalibi müəyyənləşib

Bakıda keçirilən bədii gimnastika üzrə ilk Avropa kubokunun qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, bolqarıstanlı Stiliana Nikolova “Cross Battle” formatında keçirilən çoxnövçülüyün qalibi adını qazanıb.

Təsnifat mərhələsinin 16 ən güclüsü olimpiya sistemli yarışda mükafatlar uğrunda mübarizə aparıb. Nikolova finalda italiyalı Sofiya Raffaeliyə qalib gəlib. Həlledici raundda gimnastlar gürzlərlə çıxış ediblər.

Bürünc medala israilli Darya Atamanov sahib çıxıb. O, bolqarıstanlı Boryana Kaleynə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan gimnastlarından Zöhrə Ağamirova 1/4, Kamilə Seyidzadə 1/8 finalda mübarizəni dayandırıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
2
Mənbələr
Şərh ()
Bağla