AZ

Poçettino: “Bu axmaq şayiələrdən təngə gəlmişəm!”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “zadəganlar”ın düşərgəsindəki gələcəyi ilə bağlı suala duğusal qarşılıqla cavab verib.

Arena.az italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, argentinalı mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən bu axmaq şayiələrdən bezmişəm! Klub rəhbərliyindən soruşmaq gərəkdir ki, onlar mənim işimi davam etdirmək istəyirlər, ya yox. Əgər müqaviləm daha bir il müddətinə uzadılarsa və heç kim buna qarşı deyilsə, o zaman mən qalacağam. Əgər mənə “çao” demək qərarı veriləcəksə, elə də olsun. Amma hazırda biz bunu bilmirik”, deyə “Poç” vurğulayıb.

Xatırladaq ki, Maurisio Poçettino “Çelsi”ni 2023-cü ilin yayından çalışdırır və cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Argentinalı mütəxəssisin rəhbərliyi altında “zadəganlar” bütün yarışlarda 47 oyun keçiriblər, 23 qələbə, 10 heç-heçə və 14 məğlubiyyət yaşayıblar.

“Poç” “Çelsi”yə qədər PSJ, “Tottenhem”, “Sauthempton” və “Espanyol”u çalışdırıb.

İngiltərə Premyer Liqasında keçirdiyi 34 oyundan sonra “Çelsi” 51 xalla yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Belə görünür ki, “zadəganlar” milli çempionat üzərindən gələn mövsüm avrokuboklarda iştirak imkanı əldə edə bilməyəcəklər.

Xatırladaq ki, “Çelsi” cari mövsümdə də avrokuboklarda iştirak etməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla