AZ

Türkiyə bankları rusiyalılara hesab açmır?

Türkiyənin "Denizbank"ı ruslar üçün hesabların açılmasına heç bir rəsmi qadağa tətbiq etməyib.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a Türkiyənin bank sektorundakı mənbə məlumat açıqlayıb.

Mənbənin sözlərinə görə, bank sadəcə, müraciətləri Rusiyaya qarşı sanksiyaların mümkün pozulması hallarına görə daha intensiv yoxlamalardan keçirir:

“Vəziyyət elədir ki, Rusiya fiziki və hüquqi şəxslərinin bank hesablarının açılmasına dair müraciətləri ilə bağlı heç bir rəsmi qadağa və ya sərəncam yoxdur. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar şəraitində strukturlar bu məhdudiyyətlərə əməl olunmasını yoxlamağa məcbur edilir, əlavə, daha hərtərəfli nəzarət tədbirləri tətbiq edilir”.

Mənbə izah edib ki, “hesabın hansı məqsədlə açıldığı, xarici müraciət edənin özü və hesabın açıldığı şirkət” yoxlanılır: “Məsələn, məlum olsa ki, bir şəxs və ya şirkət sanksiya siyahısında göstərilən mal və xidmətlərə görə əməliyyatların dəyərini ödəmək üçün hesabdan istifadə edəcək, o zaman depozit olsa belə, hesab açılmayacaq. İstər 100 min, istər 5 milyon dollar, fərqi yoxdur və təkcə "Denizbank" da deyil, Türkiyənin istənilən özəl bankında belədir. Dövlət bankları bu məsələdə daha sərbəst hərəkət edə bilər, amma orada da ciddi nəzarət var".

Ümumiyyətlə, mənbənin sözlərinə görə, bəzi KİV-lərdə rusların hesab açmasına qadağa qoyulması və ya kütləvi şəkildə imtina edilməsi ilə bağlı vəziyyət onların göstərməyə çalışdıqları qədər kritik deyil: "Hesablar əmanətli və ya əmanətsiz açılır, hesabın xüsusiyyətindən asılı olaraq, özəl, korporativdir, lakin bank hesabın nə üçün istifadə ediləcəyini, hansı sənayedə həqiqətən hərəkətlərin olub-olmayacağını əvvəlcədən anlamalıdır”.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq