AZ

AİB CAREC ölkələrində iqlim maliyyələşdirməsindəki boşluqlarını aradan qaldırmaq üçün fond yaratmağı təklif edir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Tbilisi. Trend:

CAREC ölkələrində iqlim maliyyələşdirməsindəki boşluqları aradanqaldırmaq üçün çoxdonorlu trast fondunun yaradılması təklifolunur.

Trend xəbərverir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və QərbiAsiya üzrə Regional Əməkdaşlıq şöbəsinin rəhbəri Ləzizə SabirovaTbilisidə keçirilən illik toplantıları çərçivəsində brifinqdədeyib.

"Təklif olunan çoxdonorlu trast fondu CAREC ölkələrindəinfrastrukturda və iqlim maliyyələşdirməsindəki boşluqlarının həllivə azaldılması, eləcə də, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) vəParis İqlim Sazişinin məqsədlərinin əldə edilməsini sürətləndirməküçün nəzərdə tutulub", - o deyib.

Onun sözlərinə görə, artıq Koreya Respublikası və AİB arasında 3milyon ABŞ dolları dəyərində vəsaitin qrant resursları formasındaayrılmasını nəzərdə tutan niyyət məktubu imzalanıb.

"Məqsəd DİM-lə əlaqəli iqlim və digər aspektlərin ənənəvi vəinkişaf etməkdə olan sektorlardakı regional layihələrə əlavəedilməsi üzrə imkanları, eləcə də, regional, o cümlədən,transsərhəd iqlim nəticələri ilə əlaqədar layihələrdə əməkdaşlığıgenişləndirmək yolu ilə DİM və iqlimlə əlaqəli rentabelli regionallayihələrin hazırlanmasına dəstək göstərməkdən ibarətdir", - odeyib.

Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB)İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantınınrəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxriqonaqların iştirak etdiyi tədbirdir.

Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illiktoplantının mövzusu "Gələcəyə Körpü"dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
50
50
Mənbələr
Şərh ()
Bağla